Ölkə

Avtobus gözlədiyi yerdə üstünə betonqarışdıran aşdı

Abşeron rayonunun Mehdiabad-Pirşağı yolunda ağır yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Rasim Məmmədovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.

Bu zaman yük maşını yolun sağ kənarında yerləşən avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq uçaraq orada avtobus gözləyən piyada, 1970-ci il təvəllüdlü Sevda Balaca qızı Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktıla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button