Ölkə

Yunis kişini qoyun otaranda güllələyən kim idi? – şahid

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində növbəti zərərçəkən ifadə verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov Xaçatryanın törətdiyi əməlləri dilə gətirib:

– Yunis kişini qoyun otaranda güllələyən kim idi?

Sən de görüm kim idi? Bilmirsən? Kənd bilir. Sən məndən də yaxşı bilirsən. Rəhmətlik Miryusif kişi kimi mərd, qoçaq adamı kim güllələdi?

– Onu milis işçisi olan Alik vurdu.

Bəs təcili yardım maşınında Ravili güllələyib yaralayan kim idi?

– Bilmirəm.

– Yalan danışırsan

– Bəs Rəcəb müəllimin “Moskviç” avtomobilini böyük kütlə ilə kim yandırdı? Sən bilmirsən?

– Yox.

– Sən nə alçaq adamsan.

Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button