Ölkə

Ölkəni tərk etdiyi deyilən Şəmsi Səmədoğlu danışdı – VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə qeyri-etik videosu yayılmaqda adı hallanan Şəmsi Səmədoğlu Bakı Beynalxalq Hava Limanında fotosunun yayılmasına münasibət bildirib. Qeyd edib ki, bu xəbər də tamami ilə əsassızdır və o Bakı şəhərindəki evindədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, o, yayılan xəbərlərlə bağlı Publika.az-a açıqlamasında Bakını tərk etmədiyini qeyd edib:

“Bu cür xəbərlərin necə və hardan qaynaqlandığını bilmirəm. İndidə foto yayıblar ki, guya mən Türkiyə respublikasına getmək üçün aeroporta gəlmişəm. Tamami ilə yalandır! Mən iş adamıyam. İstənilən vaxt hava limanına gedə bilərəm. Dostum gəlirdi Gürcüstandan onu qarşılaşmışam. Hazırda Bakıdayam, evimdəyəm. Bu cür yalan xəbərlərin yayılmasına isə sadəcə təəssüf edirəm. Bir daha təkrar edirəm. Bakıdayam, bir neçə günə qayıdacam işimin üstünə”.

– deyə Ş. Səmədoğlu bildirib.

Məlumat üçün qeyd edək ki, yayılan fotoda Şəmsi Səmədoğlunun hava limanının içərisində qapalı yerdə kepka və eynək taxması da diqqət çəkib.Bundan əlavə iş adamının Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu da deyilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button