Ölkə

“Naxçıvan” Universiteti bağlanır? – YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan” Universitetinin bağlanması ilə bağlı məlumat yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə məlumat “Azərbaycan Universitetləri” səhifəsində paylaşılıb.

Bildirilib ki, buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanmasıdır.

Məsələni dəqiqləşdirmək üçün “Naxçıvan” Universiteti ilə əlaqə saxladıq.

Universitetin rektor köməkçisi Vüqar Ələkbərov məlumatın həqiqətə uyğun olmadığını bildirdi:

“Universitetin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla bağlı rəsmi qurum tərəfindən bizə hər hansı məlumat, sənəd daxil olmayıb”. 

———

12:18

Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.

Milli.Az Qaynarinfo-ya istinadən bildirir ki, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.

Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib. 

Məsələ ilə bağlı açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə xəbər yayılıb, ancaq rəsmi heç bir məlumat verilməyib.

Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib. Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button