Ölkə

Qadınların bu sahələrdə inkişafı üçün lazım olan bütün şərait yaradılıb

Azərbaycan Qadınlarının VI Qurultayını fərqləndirən iki başlıca xüsusiyyət diqqəti cəlb edir. Bunun birincisi qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasıdır. İkincisi isə qurultayın ilk dəfə olaraq suverenliyini bütünlüklə bərpa etmiş Azərbaycanda baş tutmasıdır. Bu çox tarixi hadisədir və qurultaya xüsusi məna, gözəllik verir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ailə cəmiyyətin özəyidir.

“Qadın isə ailənin dayağıdır. Bu mənada sağlam cəmiyyət sağlam ailə ilə əlaqədardır. Ailə və cəmiyyət qadınlarsız təsəvvür edilə bilməz.

Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün lazım olan bütün şəraiti yaradıb və bundan sonra da qadınların cəmiyyətdə rolunun arıtılması istiqamətində əlindən gələni edəcək.

İndiki qadınlar 15-20 il əvvəlki qadınlarla çox fərqlənirlər. Onlar cəmiyyətdə və dövlət sturukturlarında geniş fəallıq göstərirlər”.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.

Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.

Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button