Ölkə

Araikin tapançası gərginlik yaradıb: ətrafdakılara hücum etdi

Separatçıların keçmiş “rəhbəri” Araik Arutyunyan Bakıda həbsdə olsa da, İrəvanda silahlı insidentdə adı hallanır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Publika.az-a istinadla xəbər verir ki, İrəvanın Qriboyedov küçəsində atışma qeydə alınıb.

Məlumata görə, 50 yaşlı İrəvan sakini Arman A. qarşıdurma yaşadığı şəxslərə silahla hücum edib. Ölən və yaralanan olmayıb. Polislər Arman A.-nı həbs etdikdən sonra maraqlı detal ortaya çıxıb.

Məlum olub ki, Arman A.-nın üzərindən içində 8 güllə olan “Beretta” tapançası aşkarlanıb. O bildirib ki, tapançanı ona bu il Araik Arutyunyan hədiyyə verib.

Qeyd edək ki, Araik Arutyunyan Qarabağda ikən mülki əhalini silahla təmin edirdi. Bu, Qarabağdan gedən ermənilər arasında silahlı insidentlərin artacağını göstərir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button