Ölkə

“Zaura qarğış etmək lazım deyil”

“Zaura qarğış etmək lazım deyil. Baxın, bir adam əgər fikir bildirməkdə qətiyyətlidirsə, o fikri bildirəcək və onun qarşısını heç nə kəsə bilməz”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu Zaur Baxşəliyevlə bağlı paylaşımında deyib. O, Zaurun proqramında müğənni Yaqut Nərimanın qətli və iş adamı Orxan Məmmədlinin intiharını müzakirə etməsini tənqid edənlərə cavab verib: 

“Son günlərdə yaşanan Yaqut xanımın qətli və Orxan bəyin intiharı ilə bağlı olan xəbərlərdə çox xoşagəlməz anlar yaşandı. “Bizimləsən” verlişinə bağlanan insanların fikirləri birmənalı qarşılanmadı. O fikri bildirənlər qaldı kənarda Zaura qarğışlar yağdırıldı. Güya siz bilmirsiniz ki, Zaur bilsəydi nə deyiləcək və həmin o insanları efirə bağlamasaydı onlar digər verlişdə o fikirlərini deməyəcəkdilər? Bunu bilə-bilə axı necə Zauru ittiham edə bilərsiniz və qarğış edə bilərsiniz? Məndən kimsə inciməz deyə yazdım fikirlərimi. Mən bilirsiniz ki, çılğın, amma düzgünlüyün tərəfində olanam. Sadəcə çox heyif gənclərimizin həyatından. Zaura dönürəm bir daha və deyirəm, içi yanan insanların dilinə gələn hər nə varsa ürəkdən ola bilməz. Yanan ürək bilməz nə dediyini, amma bəzi insanların fikir bildirməkləri isə boşluqdandır. Allah pis insanları islah etsin və hər zaman sülh olsun aramızda. Hər iki gəncin günahlarını Allah bagışlasın, məkanları cənnət olsun”. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button