Ölkə
Bu il Azərbaycana nə qədər avtomobil idxal olunub?
Bu il Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı 65 486-dır.
Məlum olub ki, 2023-cü ilin yanvar-avqust aylarında ölkəyə 60 922 ədəd minik avtomobili, 4 483 ədəd yük avtomobili, 81 ədəd avtobus idxal edilib.
Milli.Az