Ölkə

Hərbçilərin smartfonlardan istifadə qaydaları sərtləşdirilir

Dəyişikliklərdə nələr var; “Hər bir halda nizamnaməyə əməl etmək, ən önəmlisi də məsuliyyəti dərk etmək lazımdır”

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər. Buna baxmayaraq, bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto və video-görüntülər paylaşması aşkar edilib”.

Bu barədə Müdafiə Nazirliyi oktyabrın 19-da məlumat yayıb.

Bildirilib ki, həmin hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.

“Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək. Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib”, – məlumatda qeyd olunub.

“Hərbi xidmət keçmə haqqında” əsasnaməyə əsasən  döyüş bölgəsində, hərbi hissələrdə xidmətlə əlaqədar tələblər mövcuddur. Odur ki, tələblərə riayət etməyənlərin cəzalandırılması, son nəticədə ordu sıralarından xaric edilməsi labüddür.

Milli.Az xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “İstərdim ki, bu sonuncu belə hadisə olsun. Smartfonlardan istifadəsi və qadağan edilməsi ilə bağlı Müdafiə Nazirliyinin müvafiq göstərişləri və əmrləri var. Buna baxmayaraq bəzi hərbçilər tələbləri pozurlar. Belə olduğu halda müəyyən sərt qərarlar qəbul edilməlidir. Düşünmürəm ki, sözügedən hərbçilər ordudan birdən-birə xaric ediliblər. Gizlilik, hərbi sirrlərlə bağlı dəfələrlə müzakirələr keçirilib. Xidmət zamanı smartfon tipli telefonlardan istifadə edilməməlidir. Hesab edirəm ki daha qaydaların daha sərtləşdirilməsi dedikdə nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulur”. 

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button