Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlət sərhədini tam nəzarətə götürüməsi ilə bağlı paylaşım edib: “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib:”Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

– Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibə verib.

– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib.

– Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb. Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib.

– Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edib. Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüləri yayılıb.

– Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib. Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edib.

– Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb.

– Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüləri yayılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button