Ölkə

Vikipedia Qarabağa aid MƏLUMATLARI SİLİR

Azərbaycana aid bəzi məqalalər “Vikipedia”dan silinir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, azad virtual ensiklopediya sayılan “Vikipedia”nın yaşı az olsa da, hal-hazırda dünyanın ən populyar 5 internet saytından biridir. Demək olar ki, hər ölkənin dilinə uyğun “Vikipedia” var. Bu saytda məqalələr də müxtəlif dillərdə yayınlanır. Hazırda Azərbaycan bölməsində də 14 idarəçi var. Bu idarəçilər saytın qaydalarının pozulmamasına nəzarət etməklə yanaşı, həm də insanların yaratdığı məqalələrin mahiyyətə və həqiqətə nə qədər uyğun olub-olmamasına diqqət yetirirlər. “Vikipedia”nın Azərbaycan dilli bölməsində ölkəmizlə bağlı kifayət qədər məqalə olsa da, digər dillərdəki bölmələrdə azlıq təşkil edir. Bu da azmış kimi son vaxtlarda saytın digər dillərdəki versiyalarında Azərbaycanla bağlı məqalələr silinməyə başlayıb.

Mütəxəssislər bildirir ki, silinən məqalələrin çoxu Azərbaycan tarixi, xüsusən də Qarabağla bağlıdır. Bu cür məqalələrin silinməsi və ya bəzən məlumatların təhrif olunması onu deməyə əsas verir ki, bu işdə ermənilərin əsas rol oynadığı danılmazdır.

Elvin Abbasov deyir ki, “Vikipedia”nın xarici dillərdəki bölmələrində Azərbaycanla bağlı bəzi məqalələrin silinməsində təkcə ermənilər yox, digər idarəçilər də rol oynayır. Bunların arasında xaricdə yaşayan bəzi azərbaycanlılar da var.

Hazırda Azərbaycandilli “Vikipedia”da 273 min istifadəçi var və orada 195 min məqalə yerləşdirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button