Ölkə

İKZF üçün bu prioritetdir

İpoteka Kredit və Zəmanət Fondu (İKZF) üçün regionlarda verilmiş ipoteka kreditlərin həcmini daha da artırılması prioritet istiqamət kimi müəyyənləşdirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İKZF-nin baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.

Onun sözlərinə görə, bu istiqamətdə əhalinin ailə xərclərinin hesablanmasında, ipoteka kreditləşməsinə çıxışının asanlaşdırılması məqsədi ilə, əgər Bakı şəhərində ailə xərclərinin hesablanması yaşayış minimumuna bağlıdırsa, regionlarda bu göstərici 50 % həcmində tətbiq edilir.

“Bununla da, regionlarda yaşayan əhali daha aşağı gəlirlə ipoteka kreditlərinə çıxış əldə edirlər. Təbii ki, regionlarla Bakı arasında müqayisə aparsaq, bu daşınmaz əmlak bazarındakı qiymətlərlə də bağlıdır. Əgər bu il Bakıda ipoteka kreditləri üzrə orta ödəniş məbləği 590 manatdırsa, regionlarda bu göstərici 362 manat təşkil edir”, – İKZF-nin baş direktoru deyib.

İ.Kələşov vurğulayıb ki, ipoteka kreditləşməsi bu gün Azərbaycanın bütün ərazisində məhdudiyyətsiz və qeyri-şərtsiz olaraq tətbiq edilir: “Bu gün regionlara verilən ipoteka krediti Fondun portfelinin 22 %-ni təşkil edir. Təbi ki regionlarda verilən ipoteka kreditlərinin həcmində obyektiv və subyektiv səbəbləri var. Burda ilk növbədə tələb-təklif amili, eyni zamanda Bakıda urbanizasiya səviyyəsi təsir edir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button