Ölkə

Rəhim Rəhimlinin anası: “Bütün günü onunla danışıram…”

“Allah heç kimə bala dərdi göstərməsin. Mənim balam getdi. Çox yaxşı oğul, çox yaxşı qardaş idi”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri “O üz” verilişində mərhum müğənni Rəhim Rəhimlinin anası deyib: “Soruşurdum ki, ay oğul, niyə özünə, sağlamlığına diqqət etmirsən? Cavab verirdi ki, “mənə heç nə olmaz. Allah məni çox istəyir”. Allah yanına apardı. Mənim ömrümü azaltdı. İndi mən yaşamıram, bütün günü ürəyimdə Rəhimlə danışıram.

Evdə xəstəliyini heç kimə bildirmirdi. Gülüb, danışırdı. Səbrsiz insan idi, üç gündən artıq klinikada qala bilmirdi. Elə bil, özünə yer tapa bilmirdi. Dərmanlarını vaxtında qəbul etmirdi. Son günlərdə normal idi. Studiya açmışdı, onunla məşğul idi. Deyirdi, 50 yaşdan çox yaşamayacam. Heç 50-yə də çatmadı. Səhhəti pisləşdi, təcili yardım gəldi. Nəfəsi çatmırdı. Ürək çatışmazlığından vəfat etdi. Heç nə deyə bilmədi…”

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button