Ölkə

Nazirlər Türkiyə şirkətlərinin sərgisi ilə tanış olub – YENİLƏNİB – VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

“Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin “ROKETSAN”, “HAVELSAN”, “ASELSAN”, “BAYKAR” və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

——

13:39

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi üzrə “Yüksək səviyyəli müşahidəçi günü” çərçivəsində Türkiyənin müdafiə sənayesi şirkətlərinin sərgisi təşkil edilib.

Milli.Az xəbər verir ki, təlimlər zamanı “Roketsan”, “Havelsan”, “Aselsan”, “Türk havacılıq uzay sanayi” “Baykar” və “Bimek” şirkətinin stendləri nümayiş olunub.

Sərgidə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, mina atanlar, pilotsuz uçuş aparatları da nümayiş etdirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri sərgi ilə tanış olub.

Qeyd edək ki, Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button