Ölkə

Hələ də ölkədə təhsildən yayınan uşaqlar var – Komitə sədri

Hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən, qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunurlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu istiqamətdə tədbir görülməlidir:

“Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir. Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir.

Lakin əlbəttə ki, qarşımızda dayanan vəzifələr var. Bizi narahat edən məsələlərlə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib”, – deyə o əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button