Azərbaycan ulduzları “Bakı payızı – 2023” müsabiqəsinin iştirakçılarını necə qiymətləndiriblər?
Sentyabrın 16-da başlayan “Bakı payızı-2023” istedadlar müsabiqəsi uğurla davam edir.
Milli.Az xəbər verir ki, layihə “Best Cast Talent Agency” & “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Baş sponsor – Nizami Boutique House. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
Oktyabr ayının 21-i və 22-də vokal üzrə müsabiqənin 1-ci turunun növbəti yarışmaları baş tutdu. Xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva çıxışları qiymətləndirdi.
Yekun nəticələrə görə toplanan xalar:
1-ci turun 3-cü bölümü üzrə
Hidayet Eliyev – 51 xal
Fidan Elekberova – 54 xal
Könül Manel – 57 xal
Taleh Resulov – 52 xal
Araz Hümbetli – 58 xal
Ayten Oruceliyeva – 54 xal
Nazile Eliyeva – 39 xal
Resid Mikayilov – 55 xal
1-ci turun 4-cü bölümü üzrə
Anar Aqayev – 56 xal
Təbriz Qəffar – 59 xal
Tərxan İbrahimov – 55 xal
Mədinə Mirzəyeva – 40 xal
Əli Muradov – 52 xal
Cəmil Bağırov – 46 xal
Emin Qəmərlinski – 58 xal
Nigar Tağıyeva – 48 xal
Josef Okpamen – 41 xal
Xatırladaq ki, müsabiqə həftədə 2 dəfə – hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanır, Mədəniyyət kanalında isə həmin günlər saat 23:00 -da təkrarlanır.
Efir:
Qeyd edək ki, Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az