Ölkə

Yaddaqalan Caspian Air Cargo Summit 2023 qırxdan artıq ölkədən iştirakçıları qəbul etdi

23-25 oktyabr Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines JW Marriott Absheron Baku otelində Caspian Air Cargo Sammit 2023 tədbirini keçirdi. Bu sammit dünyanın hər yerindən nüfuzlu iştirakçıları Xəzər dənizinin sahilinə cəlb edən, regionun ən böyük və əhatəli aviasiya tədbiridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Caspian Air Cargo Summit 2023 dövlət rəsmiləri, beynəlxalq hava yükdaşımaları sənayesinin liderləri və logistika ekspertlərini Azərbaycanın paytaxtında bir araya topladı. Bu böyük tədbirdə 40-dan artıq ölkəni təmsil edən 400-ə yaxın iştirakçı, eləcə də Silk Way West Airlines şirkətinin dünya üzrə 18 regional ofis nümayəndələri iştirak etdi.

İki gün davam edən konfransda hava yükdaşımaları sektorunda mövcud trendlər, problemlər və imkanlar müzakirə olundu və gələcək üçün innovativ həll yolları araşdırıldı. Boeing, Airbus, Embraer, TIACA, Turkish Airlines, ACL Airshop, Rolls-Royce, GE Aerospace, Alibaba Group, Kales Group, dnata, Hactl və başqaları kimi qlobal hava yükdaşımaları sənayesinin əsas oyunçularının nümayəndələri dəyərli məlumat və yenilikləri paylaşdılar, yük təyyarələrinin və yeni nəsil mühərriklərin gələcəyi, həmçinin logistika və təchizatda davamlılıq və innovasiya ətrafında müzakirələr apardılar, habelə logistika və hava yükdaşımalarında elektron ticarətin artan rolu haqqında danışdılar.

Tədbirin yaddaqalan anlarından biri də paytaxtın ən təntənəli güşəsi olan Gülüstan sarayında təşkil edilmiş qala-ziyafət oldu. Qonaqlar Azərbaycanın zəngin mədəni irsinin parlaq nümayişini təmin edən unudulmaz musiqi proqramından həzz aldılar.

“Hava yükdaşımaları sənayesində indiyə qədər görünməmiş turbulentlik və transformasiya dövründə Caspian Air Cargo Summit 2023 əlaqələrin gücləndirilməsi və gələcək üçün mühüm proqnozların əldə edilməsində vacib platformaya çevrildi. 2006-cı ildə əsası qoyulmuş və artıq ölkənin aparıcı biznes forumlarından biri olan bu sammit doqquzuncu dəfə keçirildi. Builki tədbir sektorumuzun dinamizmini nümayiş etdi, yeni perspektivlər açdı və əsas sənaye oyunçularını gələcəyə ümumi baxışla birləşdirərək record sayda iştirakçı topladı”, – Silk Way West Airlines-in prezidenti Volfqanq Mayer bildirdi.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 13 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Dünyanın aparıcı aerokosmik şirkəti olaraq, Boeing 150-dən çox ölkədə müştərilər üçün kommersiya təyyarələri, müdafiə məhsulları və kosmik sistemlər yaradır, istehsal edir və onlara xidmət göstərir. ABŞ-ın aparıcı ixracatçısı kimi şirkət iqtisadi imkanları, davamlılığı və sosial təsirləri inkişaf etdirmək üçün qlobal təchizatçı bazasının gücündən istifadə edir.

Boeing-in çoxmillətli komandası gələcək üçün innovasiyalar etməyə, davamlılıqda lider olmağa və şirkətin təhlükəsizlik, keyfiyyət və dürüstlük kimi əsas dəyərlərinə əsaslanan mədəniyyətini inkişaf etdirməyə sadiqdir.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button