Ölkə

Qrunt suları evlərin zirzəmilərinə axır

Bakıda qrunt suları evlərin zirzəmilərinə axır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nəmişlikdən divara vurulan suvaq hissələrə bölünərək qopub. Evlərdə bir neçə yerdə çatlar əmələ gəlib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu problem Xəzər rayonu, Qala qəsəbəsində eyni adlı küçədə tikilən evlərdə yaşanır.

Sakinlərin iddialarına görə, buradakı mənzillərin əksəriyyətində problem yaşanır.

Onların sözlərinə görə, yağış yağanda ərazidə vəziyyət dözülməz həddə çatır. Problemlə bağlı aidiyyəti qurumlar da dəfələrlə məlumatlandırılıb.

Xəzər Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət ünvanlanıb. “Azərsu”dan isə bildirilib ki, Qala qəsəbəsində qrunt sularının kənarlaşdırılması ilə bağlı lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür.  “Azərsu” ASC-nin sifarişi ilə Qala qəsəbəsi ərazisində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Qala qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin inşası  qurumun tədbirlər planına uyğun mərhələli şəkildə həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button