Ölkə

“Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq”

“Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq. Yəni dövlət atributları və ictimai baxış bucağının, dövlətin atributu olaraq AzTV və İTV kanalı həmişə olacaq. Ənənəvi televiziya beş il, altı il və yaxud da dörd il sonra iki televiziya qalacaq və cəmiyyətə bəs edəcək”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İTV telekanalında yayımlanan “Dikdaban” verilişinin qonağı, aparıcı Turan İbrahimov deyib.

Teleaparıcı bildirib ki, bir zaman ictimai rəyə təsir edən qəzetlərin taleyini özəl televiziyalar yaşayacaq:

“Bir vaxtlar bir milyonluq tirajı olan qəzetlər var idi, ictimai rəyə təsir edirdi. Sonra özəl televiziyalar çıxdı. Başladılar o qəzetdəkilər televiziyadakıları tənqid etməyə və bu proses davam etdi. Sonra saytlar çıxdı, saytlar çıxandan sonra qəzetlər yavaş-yavaş tarixin təlatümünə qovuşdu”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button