Yaxın iki günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bu gün Bakı şəhəri və Abşeron yarımadasında səhər saatlarından başlayaraq havada toz müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, havada tozun miqdarı 1,6 dəfə normadan yüksək olub.
Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir və bu cür hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Milli.Az