Ölkə

Məşhur müğənni qadınlardan QORXUR: Küçəyə çıxmır

Türk musiqisinin ulduzlarından biri, bəstəkar müğənni Selami Şahin xanımı Didem Şahin olmadan küçəyə çıxmaqdan qorxduğunu etiraf edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, Selami Şahin 1985-ci ildə evləndiyi xanımı ilə 2015-ci ildə, yəni evliliklərinin 30-cu ilində yenidən evlənib, daha doğrusu, nikah təzələyib.

Bir neçə ay öncə Selami Şahinin küçədə qadın fanatları ilə çəkilən şəkilləri onun haqqında xoş olmayan şaiyələrin yayılmasına səbəb olmuşdu. Qəzetlər Selami Şahinin tez-tez fanatlarını ofisinə çağırıb, onlarla əxlaqsız davranışlar etdiyini yazmışdılar. Bu söz-söhbətlərə cavab olaraq onun xanımı bildirmişdi: “Selami istəyərsə, bir günlük eşq macəraları ola bilər. Buna susaram”.

Selami Şahin isə deyilənlərin iftira olduğunu vurğulayaraq, bir daha heç bir qadın pərəstişkarı ilə şəkil çəkdirməyəcəyini söyləyib.

O xanımı olmadan artıq küçəyə çıxmağa qorxduğunu, bunun səbəbinin də qadınlar olduğunu deyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button