Ölkə
Hamilə həyat yoldaşını QƏTLƏ YETİRDİ – 1 il idi ailə qurduqları
Adanada ötən gün səhər saat saat 06:00 radələrində 4 aylıq hamilə olan həyat yoldaşı Hatice Demirlə dava edən Emrah Demir küçəyə çıxaraq “Arvadımı öldürdüm deyəsən” deyərək qışqırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə çağırılan həkimlər qadının öldüyünü təsbit ediblər. İlkin baxış zamanı hamilə qadının suda boğularaq öldürüldüyü ehtimal edilib.
Polislər mərhumun həyat yoldaşı – şübhəli Emrah Demiri nəzarətə götürüb. Digər tərəfdən, şübhəlinin küçədə gördüyü 10 yaşlı uşağı da boğmağa çalışdığı iddia edilib.
Qeyd edək ki, cütlük 1 il idi ki, ailəli idilər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az