Ölkə
Keçmiş məhkum maşından pul və telefon oğurladı
Bakıda maşından külli miqdarda pul və telefon oğurlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az