Ölkə
“Yasak elma”dan sonra bu serialda rol alacaq
Türkiyəli aktyor Murat Aygenin yeni layihəsi bəlli olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor “Korkma ben yanındayım” serialında rol alacaq. O, “Turgut” obrazını canlandıracaq.
Onun tərəf müqabili aktrisa Didem Balçın olacaq. Aktrisa “Aylin”ə həyat verəcək.
Qeyd edək ki, Murat son olaraq “Yasak elma” serialında rol alıb.
Milli.Az