Ölkə
Keçid hava şəraiti nə vaxta qədər DAVAM EDƏCƏK?
Payız mövsümü olsa da, yaz ab-havası duyulur.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu ayın keçid ayı olduğunu deyən Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirdi ki, havanın dəyişkən olması normaldır.Temperatur bəzən arta, bəzən isə aşağı düşə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji monitorinq idarəsinin baş mühəndisi Rəna Allahverdiyeva isə bildirdi ki, bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada toz müşahidə olunub.
Qeyd edək ki, oktyabr ayının sonuna kimi ölkə ərazisində mühüm hava dəyişikliyi gözlənilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az