“Toppuş bacı”dan qalan güllər, ölümündən sonra tapılan pullar
Əməkdar artist Tünzalə Ağayevanın həyat yoldaşı Röyal maraqlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az lent.az-a istinadən bildirir ki, o sosial şəbəkə hesabında bir dəstə qurumuş çiçəyin fotosunu paylaşaraq, bunları yazıb:
“Bu güllər yoldaşıma aldığım ilk güllər idi. Onu saxlayırdı. Deyirdim ki, eşqim, at getsin. Cavab verirdi ki, axı bunu mənə sən almısan, necə atım? 9 il saxladı, indidən sonra isə mən saxlayacağam!”
Röyal həmçinin Tünzalə xanımın öz yas mərasimi üçün hazırlıq gördüyünü də qeyd edib:
“21 yanvarda Tünzalə anama deyib ki, mən öləcəyəm. Artıq son günümdür. Röyala de ki, narahat olmasın, sıxıntı çəkməsin. Dolabda 1000 manat pul var. Onu götürsün, yas üçün sıxıntı çəkməsin. Bunu mənə yanvarın 24-ü anam dedi. Dolaba baxdım ki, 2 dənə 500 AZN saxlayıb” – deyə o bildirib.
Milli.Az