Ölkə

Bakıda qarğalar niyə çoxalıb? – Alim səbəblərini açıqladı

Son zamanlar paytaxt səmasında, eləcə də küçələrdə və parklarda qarğalara daha çox rast gəlinir. Qarğaların bu qədər çoxalması isə park və xiyabanlarda digər quşların və göyərçinlərin uçub getməsinə səbəb olur. Hətta bəzi hallarda qarğaların park və digər məkanlarda uşaqların əlindən qida vasitələrini qoparmağa cəhd göstərdikləri də müşahidə olunur. Maraqlıdır ki, qarğaların sayının artmasının səbəbi nədir?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov iqtisadiyyat.az-a açıqlamasında qarğaların sürətli şəkildə çoxalmasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, qarğaların sayının artmasının başlıca səbəbi məhdudlaşdıracaq limit amillərinin olmamasıdır: “Yəni qarğanın əti və yumurtası yeyilmir, hər yerdə yuvalaya bilir. O cümlədən hər şey yeyə bilir. Şəhərdə ala qarğanın artması sərçələrin yoxa çıxmasına təsir edib. Ala qarğa hətta sərçələrin həm balalarını, həm də yumurtalarını yeyir. Ona görə də sərçələr daha təhlükəsiz yerlərə gedirlər. Bir sözlə, şəhər mühitində yaşamaq qarğalar üçün çətinlik yaratmır”.

T.Kərimov paytaxtda yayılan qarğaların əsasən ala, yaxud boz qarğa növünə aid olduğunu söyləyib. Onun sözlərinə görə, qarğa yeganə quşdur ki, güzgüdə özünü və eləcə də digər adamları da tanıya bilir. Ona görə də qarğalar ən çox Dənizkənarı Milli Parkda çayxanaların, kafelərin ətrafında toplaşırlar:

“Qarğa kosmopolit növdür və bu növ quşlar Antraktida və Arktikadan başqa dünyanın hər yerinə yayılıblar. Qarğanın xəstə, zəif quşları sıradan çıxarması əslində insan üçün xeyirdir. Çünki bu, xəstəlik ocaqlarının yaranmasının qarşısını alır. Qarğalar həm quşlar arasında sağlamlaşdırma aparırlar, həm də sağlamları saxlayıb özlərinin gələcək yem bazalarını təmin edirlər. Bütün bunlar elmi sübutlardır. Qarğaların ziyanlı tərəflərinə gəlincə, qarğanı tutmaq, əllə toxunmaq olmaz. Hətta yerə düşmüş qarğa ölüsünü ancaq əlcəklə götürmək olar. Ölü qarğanı bədənə yaxınlaşdırmaq olmaz, çünki insana ektoparazitlər keçə bilər”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button