Ölkə
AZAL 5 milyon manat alacaq
Gələn il Azərbaycanda dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə 5 milyon manat ayrılması nəzərdə tutulur.
Milli.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsait Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün ayrılacaq.
Milli.Az