Ölkə

Deyirlər ki, insan meyitə toxunanda ruhlu sayılır. Bu sözün mənası nədir?

Belə bir deyim xalq təfəkkürünə əsaslanır və dinimizlə bağlılığı yoxdur. Nə diri, nə də ölü adama toxunmaqla onun ruhu başqasına keçməz; ümumiyyətlə bir adamın ruhu başqasına dəyməz. Lakin ölüyə toxunan şəxsin öhdəsinə qüsl gəlir. Buna meyyitə toxunma (məssi-meyyit) qüslü deyirlər. Yalnız bədəni soyumuş, yəni ölümündən bir müddət vaxt keçmiş şəxsə toxunmaq nəticəsində bu hal yaranır. Can verən şəxsə və yaxud ölümündən sonrakı bir neçə dəqiqə ərzində mərhuma toxunan adamın öhdəsinə qüsl gəlməz. Ölünün paltarına, yatağına, şəxsi əşyalarına, tabutuna toxunmaqla da qüsl vacib olmaz. Məssi-meyyit qüslü etmədən namaz qılmaq qadağandır. Ölüyə toxunmuş və boynuna qüsl gəlmiş adam namaz qılmaq üçün mütləq məssi-meyyit qüslü almalıdır. Onun qaydası eynilə cənabət qüslü kimidir, yalnız niyyəti fərqlidir, insan qüslə başlamazdan qabaq ölüyə toxunma qüslü aldığını niyyət etməlidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button