Ölkə

Belə bir fikir var ki, imamların heç biri öz əcəli ilə ölməmiş, öldürülmüşlər…

Şiə məzhəbində müqəddəs sayılan 12 imamın həyat və fəaliyyəti kitablarda ətraflı şəkildə qeyd edilmişdir. Həmin kitablardakı məlumatlardan aydın olur ki, həqiqətən 11 imamın heç biri öz əcəli ilə dünyasını dəyişməmişdir. Birinci imam Əli ibn Əbu Talib (ə) məsciddə sübh namazı qılarkən xəvaric əqidəsində olan bir nəfər ona sui-qəsd edərək zəhərlı qılıncla onu ölümcül yaralamış, İmam 2 gündən sonra bu yaradan dünyasını dəyişmişdir. Üçüncü İmam Hüseyn (ə) yaxın qohumları və tərəfdarları ilə birlikdə Kərbəla səhrasında susuz şəkildə Əməvi qoşunları tərəfindən mühasirədə saxlanılmış və qeyri-bərabər döyüşdə amansızlıqla şəhid edilmişdir. Digər 9 imam isə gizli şəkildə öz zəmanələrinin hökmdarları olan Əməvi və Abbasi xəlifələri tərəfindən zəhərli yeməklər vasitəsilə şəhid edilmişlər. On ikinci İmam Mehdinin (ə) də zühur etdikdən və bir müddət hakimiyyət sürdükdən sonra şəhid olacağı, bundan sonra dünyanın sonu (axirət) çatacağı barədə məlumat vardır. Buna görə deyirlər ki, Əhli-beyt üzvlərinin (ə) həyatı ən üstün həyat tərzi olduğu kimi, ölümləri də ən üstün şəkildə – şəhadət şəklindədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button