Əminə ilə Səidə arasında QALMAQAL: “Alıb arvad edən sağolsun”
“Allah bütün xanımları xoşbəxt etsin. Küsülü olsan da belə, təbrik etmək, iştirak etmək, kin-küdurətdən uzaq olmaq gözəldir. Amma mən bir yerə gedirəmsə, səmimi, cani könüldən iştirak edirəm. Getmirəmsə, deməli mənim yerim deyil”.
Milli.Az News24.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin həmkarı Səidə Sultanla bağlı “Xəbərin var?” verilişində deyib. O, bir müddət öncə baş tutan S.Sulatnın toyuna dəvət olunmadığını açıqlayıb: “Qadına yaraşmayan səhvi də olsa, alıb arvad edən sağolsun. Düzdür, heç məni dəvət də etməmişdi. Nə yaxşı da etməyib. Bu haqda çox danışmaq istəmirəm. Çünki insan birinin valideynlərinə, ailə üzvlərinə toxunursa, o şəxs ailənin nə dərəcə müqəddəs olduğunu heç vaxt bilməz. Allah gözəl, tərbiyəli övladlar qismət eləsin”.
Milli.Az