Təbiət abidəsi olan Şərq çinarını kəsdilər
Təbiət abidəsi kimi qeydiyyatda olan ağacın qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Milli.Az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildiriib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bərdə rayonu ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.
Araşdırmalar zamanı rayonun Türkmən kəndi ərazisində təbiət abidəsi kimi qeydiyyatda olan 1 ədəd Şərq çinarı cinsinə məxsus ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 12 min 900 manat məbləğində maddi ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Milli.Az