Ölkə

Pensiya yaşı yenə artırıla bilər?

Azərbaycanda cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdən biri də pensiya yaşının ilbəil artırılmasıdır. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 63.5-dir. Bu siyasətin yumşaldılmasının, pensiya yaşının azaldılmasının zəruriliyindən daha çox danışıldığı halda, deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sərt mövqe ilə çıxış edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

O deyib: “Pensiya yaşının azaldılması bu gün gündəmdə deyil və yəqin ki, gələcəkdə də aktual olmayacaq. Dünyada hələ pensiya yaşının azaldıldığı ölkə yoxdur”.

Deputat hətta pensiya yaşının daha da artırılmasını istina etməyib. Komitə sədri bildirib ki, pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur: “Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda 2021-ci illərdə bir qədər azalma oldu. Bu da həm COVİD, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi. Bu da orta ömür uzunluğuna öz təsirini göstərdi. Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır. 2040, bəlkə də 2045-ci ildə bizim orta ömür 80 yaşa gəlib çatacaq. Buna görə də pensiya yaşı məsələsi bir günlük, bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. Biz 30 ilə uyğun olaraq əmək bazarını, sığorta sistemini, Dövlət Sosial Müdafiə Fondunun imkanlarını, insanların yaşını nəzərə almalı və buna uyğun da bir qiymət götürməliyik”.

Real həyatda gördüklərimiz, xüsusən kişilərin ürək xəstəliklərindən pensiya yaşı ərəfəsində, bəzən pensiya yaşına çatmamış, 70-i haqlamamış ölməsi statistik olaraq artmaqdadır. Belə olan halda nəyə görə pensiya siyasəti daha da sərtləşdirilir? Bunun özü insanlara psixoloji basqı kimi də qiymətləndirilir. Eyni zamanda iddialar da var ki, pensiya yaşının artırılması yüksək vəzifələr tutan şəxslərin postunda daha çox qalması arzusundan da qaynaqlanır. Yəni məmurlara pensiya yaşının çox olması sərf edir və ona görə hökumət təmsilçiləri bu istiqamətdə siyasətin sərtləşməsinə təsir edirlər.

O ki qaldı pensiya yaşının azaldılmasına, S.Məmmədov hesab edir ki, indiki vəziyyətdə bu real deyil: “Bunun üçün dövlət büdcəsindən transferlər olmalıdır.  Hökumətin bunu edəcəyini düşünmürəm. Amma müəyyən kateqoriyalar üçün güzəşt tətbiq edilə bilər. Qanunvericilikdə incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda təklif edirəm ki, qeyri-formal əmək bazarının həcmi azaldılsın. Muzdlu işçilərin əksəriyyəti vergi orqanlarında qeydiyyatdan keçməyib.  Kölgə iqtisadiyyatının həcmi azaldılmalıdır”.

Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son açıqlamalarından birində bildirmişdi ki, Azərbaycanda effektiv pensiya yaşı 62-dir: “65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir. Ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir. Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək, 30 yaşından pensiya olacaq. Bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min pensiyaçının arasında olan rəqəmlərdir”.

Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 63.5-dir. Qadınların pensiya yaşı tədricən – 2027-ci ilədək 65-ə çatdırılacaq.

Yeni Müsavat


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button