Ölkə

Ancelina Coli: “Ölənlərin çoxu günahsız uşaqlardır”

Ancelina Coli İsrail – Qəzza münaqişəsinə  reaksiya bildirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur amerikalı aktrisa və Birləşmiş Millətlər Təşkilatının səfiri Ancelina Coli İsrailin Qəzza zolağındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya verib və dərhal atəşkəsə çağırıb.

Ancelina Colinin tam açıqlaması belədir:

“Bu, qaçmağa yeri olmayan, qapalı qalan əhalinin qəsdən bombalanmasıdır. Qəzza 20 ilə yaxındır açıq hava həbsxanasıdır və sürətlə kütləvi məzarlığa çevrilir. Ölənlərin 40%-i günahsız uşaqlardır. Bütün ailələr qırılır. Dünya milyonlarla fələstinli uşaqları seyr edərkən və bir çox hökumətlərin fəal dəstəyi ilə, qadınlar və ailələr kollektiv şəkildə cəzalandırılır və insanlıqdan məhrum edilir. Beynəlxalq hüquqa zidd olaraq qida, dərman və humanitar yardım rədd edilir. “

Fidan

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button