Ölkə
Orxan Pamuk məhkəməlik oldu
Türkiyəli məşhur yazar Orxan Pamuk məhkəməlik olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Pamuk İstanbulun Cihangir səmtində 18 mənzildən 6-sı ona məxsus olan yaşayış binasının sökülməsini istəyib. Buna səbəb sözügedən binanın qəzalı vəziyyətdə olan tikililər siyahısına daxil edilməsi olub.
Qərardan sonra Pamuk qonşularını binanın sökülməsinə razı salmağa çalışsa da, heç kim bununla razılaşmayıb. Nəticədə yazar və qonşuları məhkəməlik olub.
Məhkəmə isə qəzalı binanın əsaslı təmir edilməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, Pamukun kitabları yerləşmədiyi üçün binadan 6 mənzil alıb. Tikili 50 il əvvəl inşa olunub.
Milli.Az