Ölkə

Üzərinə mişarla qaçan şəxs Van Dammın gəlininə QORXU yaşatdı

Dünyaca məşhur Hollivud aktyor Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran pianoçu Suada Hacızadə qorxu dolu anlar yaşayıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Los-Ancelesdə gecə saatlarında keçirilən “Halloween” bayramına yollanan Suadanın üzərinə əlində elektrik mişar, üzündə isə qorxunc maska olan şəxs qaçıb. 

Bu an isə Suada qorxaraq, qışqırmağa başlayıb. 

Həmin anları isə pianoçu lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Suada paylaşımına “Hər şeydən qorxan iki nəfər. Çox qorxulu idi” sözlərini yazıb. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button