Ölkə

36 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlandı

Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 1-də saat 17 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Oruc Nəsrullayev prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button