Ölkə

Rumıniyada Gülnarə Xəlilovanın “Qarabağ və Türk Dünyası” kolleksiyası təqdim olunub – Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə xüsusi ödül

Buxarestdə Türkiyə Cümhuriyyətinin 100 illiyi və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 145 illiyi münasibətilə azərbaycanlı dizayner Gülnarə Xəlilovanın “Qarabağ və Türk Dünyası” kolleksiyasının təqdimatı keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Rumıniya-Türkiyə dostluğu, mədəniyyəti və yaradıcılığı axşamı” tədbirində təqdim olunan kolleksiya qonaqların böyük marağına səbəb olub. Tədbirdə dövlət və ictimai xadimlər, mədəniyyət, elm və biznes nümayəndələri iştirak ediblər. Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının təşkilatçıları tərəfindən Gülnarə Xəlilova Türk dünyasının dəyərlərinin inkişafına və təbliğinə verdiyi töhfəyə görə Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə xüsusi ödülə layiq görülüb. Ödül Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Atalay tərəfindən təqdim edilib.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button