Ölkə

“Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Dövlət Xor Kapellasının konserti keçirilib

Kamera və Orqan Musiqisi Zalının səhnəsində  8 Noyabr “Zəfər günü”nə həsr olunmuş “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Xor Kapellasının  konserti keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Nərmin Rzayeva, Elxan Niftiyevin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər – Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Ağasıyev, Anton Ferştandt,  Respublika və beynəlxalq müsabiqələr laureatları Nigar İsmayılova, Nəsibə Bədəlbəyli, Adil Baxışlı, Safura Aslanova və İntiqam Allahverdiyev öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəylinin “Ey vətən”, “Milli marş”, Cavanşir Quliyevin “Zirvə”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Şahin Musaoğlunun “Cənab leytenant”, Aydın Ağasıyevin “El oğlu”, Elnarə Dadaşovanın “Alqış qeyrətinə”, Rizvan Sədirxanovun “Türkiyə – Azərbaycan”, Aqşin Əlizadə “Ana torpaq”, Elza İbrahimovanın “Ey vətən”, Vasif Adıgözəlovun “Bakı”, Tofiq Quliyevin “Azərbaycan”, Müslüm Maqomayevin “Odlar yurdu” və Qara Qarayevin “Bayrağımızdır” əsərləri səslənib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button