Paşinyan komandası “Soros” fondunun mailiyyə dəstəyi ilə hakimiyyətə gəlib
“Ermənistan müstəqil ölkə deyil, ora başçılıq edən Paşinyanın komandası da “Soros” fondunun mailiyyə dəstəyi ilə hakimiyyətə gəlib və hər zaman Qərb siyasəti yürütməyə meyilli olublar. Onların qarşısındakı məqsəd Qərbin təhriki ilə Ermənistandan Rusiyanın sıxışdırılıb çıxarılmasıdır”.
Milli.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, Fransa Ermənistanda Rusiyanın yerinə keçərək, Cənubi Qafqazda istədiyini etməyə çalışır: “Bu isə hazırkı dövrdə mümkün görünmür. Çünki Rusiyanın Ermənistanda hərbi bazası, sərhəd qoşunları mövcuddur. Eyni zamanda Ermənistanın iqtisadiyyatının 70 faizindən çoxu rusların əlindədir. Bu gün Rusiya Ukrayna ilə müharibə apardığı bir dövrdə nə qədər də zəifləmiş olmuş olsa belə, hər an Ermənistanı işğal edə bilər. Hətta Qafanda artıq Rusiya özünün konsulluğunu açır. Bu isə Rusiyanın Fransa və Ermənistanın arzu-istəklərinə cavabıdır”.
Milli.Az