Ölkə

Təcili yardım maşını 1 saata gəlib çatır

Yeddi il bundan əvvəl Bakıda 185 təcili tibbi yardım ekipajı çalışırdı. Nəzərə almaq da lazımdır ki, ötən müddət ərzində paytaxt sakinlərinin də sayı kifayət qədər artıb. Burada söhbət rəsmi qeydiyyatdan keçən təxminən 2 milyondan çox şəxsdən gedir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Rüfət Quluyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Deputat bildirib: “Bu gün isə cəmi 140 təcili tibbi yardım maşını işləyir. Mənə bu məsələ ilə bağlı vətəndaş müraciətləri olur”.

“Ən yaxşı halda təcili yardım çağırışdan 40-45 dəqiqə sonra hadisə yerinə gəlib çatır. Hətta bəzən bu müddət bir saatdan da çox olur. Hökumətdən xahiş edirik ki, heç olmasa təcili tibbi yardım avtomobillərinin texniki məsələsi həll olunsun”, – R.Quluyev əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button