Ölkə

İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılır

Son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun da 70 %-i son iki ilin payına düşüb: “Növbəti dövrlərdə bu say daha da artacaq.”

S.Babayev vurğulayıb ki, işsizlikdən sığorta alanların staj müddəti azaldılır:

“Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanimzinin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını biraz da artıra biləcəyik”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button