Ölkə

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

“Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button