Ölkə
Mənə çox fərqli hisslər yaşadır
“Qalatasaray”ın futbolçusu Mauro İkardi və həyat yoldaşı Wanda Nara yenə gündəm mövzusu olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mauro İkardinin həyat yoldaşı Wanda Nara buzu çox sevdiyini və hətta futbolçu ərinin ona buz aparatı aldığını bildirib.
“Buza sevgim hamiləlikdən sonra yarandı. Hamı deyirdi ki, qanım azdır ona görə buz yeyirəm. Amma bu doğru deyil, çünki dəfələrlə qan analizi vermişəm və həmişə də qandakı dəmirin miqdarı normal çıxıb. Buz çox gözəl nemətdir, mənə çox əla, fəqli hisslər yaşadır.” – deyə o sonda əlavə edib.
Lalə
Milli.Az