Ölkə

Dilan Polatı gözləyən cəza – “Əgər günahları təsdiqlənərsə…”

Türkiyə mediası noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı növbəti xəəbəri dərc edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, vəkil məşhur cütlüklə bağlı sualları cavablandırıb. Vəkil bildirib ki, əgər onların günahı təsdiqlənsə cütlüyü 30 ilə qədər həbs cəzası gözləyir.

“İddia edilən cinayətlər çox ciddidir. Maddəyə görə çirkli pulların yuyulmasının cəzası 3-7 il arasıdır. Amma burada təşkilat qurulması var. Bunun cəzası 6-14 il arasıdır. Başqa günahları da var. Əgər hamısı dəqiqləşsə, 30 il azadlıqdan məhrum edilə bilərlər” deyə, vəkil əlavə edib. 

Qeyd edək ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.

Xatırladaq ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button