Ölkə

Aftandil İsrafilovun bəstəsi xarici telekanalda səsləndirildi

Mərhum Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi “Basqalı” mahnısı Gürcüstan televiziyasında verilişlərin birində səsləndirilib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında məlumat verib. 

Bəhramın yayımladığı görüntülərdə gürcü uşaqları sözügedən bəstəyə mahnı qoşaraq mükəmməl şəkildə ifa ediblər. 

Bağırzadə paylaşımına “Əziz dostlar! Baxın, bu gözəl istedadlı gürcü uşaqları bizim möhtəşəm bəstəkar və qarmon ustadı Avtandil İsrafilovun “Basqalı” rəqs kompozisiyasını necə ifa edirlər.

Bu musiqi hələ ötən əsrin 70-ci illərində yazılıb və bu gün gürcü uşaqları bu bəstəyə söz qoşub, ifa edirlər. İlahi, bu necə də gözəldir. Və müxtəlif xalqların mədəniyyətlərini mənimsəmək nə qədər vacibdir, çünki xalqları yaradıcılıq üçün birləşdirən dostluq və sülh məbədinə gedən yol məhz budur. Allah bütün dünya övladlarına cansağlığı və təbii ki, başlarının üstündə dinc səma nəsib etsin”. 

Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Aftandil İsrafilov bu il aprelin 29-da 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button