Ölkə

“Xəyallarımızda qalan nağıllar” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın  yaşadılmasına xidmət  məqsədi ilə “Xəyallarımızda qalan nağıllar” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il noyabr ayının 28-dək  

  • əsərin fotosu :
  • nağılın adı:
  • soyad, ad:
  • təvəllüd:
  • təhsil aldığı məktəb:
  • əlaqə:

anketi tamamlayaraq [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilər.

Mövzu: Nağıl persanajı və səhnələrinin təsviri

  • Ölçü və texnika sərbəstdir. Seçim millilik, yanaşma, baxış  və müəliflərin yaşı nəzərə alınmaqla aparılacaq və   seçilən  əsərlər yaş qrupuna uyğun  olaraq quruplaşdırılaraq  sərgilənəcək.
  • Təkrar olmayan, müdaxilə  olunmamış  (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək.

Yuxarı yaş qrupunun nümayəndələri öz arzuları ilə iştirak edə bilərlər

  • Əsərlər  tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən coxu 2 əsər göndərilməlidir.
  • Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olunacaq.
  • Əlavə suallar üçün 051-310-74 01 telefon və ya whatsapp ünvanına müraciət etmək olar.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button