Ölkə

8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirildi

Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirildi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsinin qələbəsi şərəfinə təsis edilmiş  Zəfər Gününün bu il üçüncü ildönümü qeyd edilir.

8 Noyabr – Zəfər Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, “SOCAR Downstream Management” MMC və Heydər Əliyev adına Neft Emalı Zavodu ilə birgə 04 noyabr 2023-cü il tarixində Mikayıl Əliyev küçəsində, yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə olan qayğı hissinin təbliğ edilməsi məqsədilə ağacəkmə aksiyası keçirib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, “SOCAR Downstream Management” MMC-nin Baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və qazilər iştirak ediblər.

Aksiyada, Milkayıl Əliyev küçəsində iqlimə uyğun Eldar şamları əkilib və suvarılıb, yol boyunca yaşıllıq zolağında aqrotexniki işlər görülüb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button