Ölkə

“Evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm” – VİDEO

“Dünyasını dəyişən atamın narahat olduğu məqam, o da subay olmağım idi. Onun ən böyük narahatlığı da elə bu idi. Atam hər zaman oğlum Vüqarın toyunu və nəvəsini görmək istəyirəm deyirdi. Bir onu atam görə bilmədi. Amma o digər övladların toyunu və nəvələrini gördü”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Vüqar Muradov “Kim var, kim yox?” verilişinə müsahibəsində deyib. 

Bir neçə ay əvvəl atasını itirən sənətçi onunla bağlı xatirələrini dilə gətirərkən, subay qalmasına da aydınlıq gətirib: 

“Evlənməyə qız tapa bilmirəm söhbəti yoxdur. Axı o itməyib ki, mən onu axtarım, tapım. Sadəcə ruhuma yaxın, məni başa düşə biləcək, dünyası mənim dünyamla üst-üstə düşə biləcək, bir ömür boyu mənə xoşbəxt anları yaşada, qayğıma qala biləcək insan qarşıma çıxarsa, onunla evlənəcəyəm. Yoxsa belə, sadəcə evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm”. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button