Ölkə

“Səhnəyə “TikTok”da populyarlaşaraq gəlməmişəm” – VİDEO

“Efirlərə ildə bir-iki dəfə çıxırıq. Sonra isə ara veririk. Səbəb kanallarda yayımlanan verilişlərin formatlarını bəyənməməyimdir. Heç bir televiziya kanalı və ya aparıcı ilə şəxsi qərəzliyim də yoxdur”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Müğənni peşəkar səhnəyə bəzi həmkarları kimi “TikTok” sosial şəbəkə platformasında populyarlaşaraq deyil, televiziya və radioda məşhurlaşaraq gəldiyini söyləyib: 

“Mən səhnəyə, efirlərə televiziyadan gəlmişəm. “TikTok” sosial şəbəkə, video platformasında populyarlaşan müğənnilərdən deyiləm. Artıq 17 ildir ki, peşəkar səhnədəyəm. Sənətə radio, televiziya müğənnisi kimi gəlmişik. O zamanlar isə “YouTube” video platforması indiki kimi dəbdə və aktual deyildi. İndi isə hər şey dəyişilib”.

G.İbrahimli telekanallarda yayımlanan ictimai-sosial verilişləri də tənqid edib: 

“Vaxtım olanda efirlərə baxıb görürəm ki, bir verilişdə oturub psixoloq, həkim və müğənni. Psixoloq, həkim dayanmadan danışır, amma müğənni saatlarla boş-boş oturur, danışmır. Vaxt doldurmaq üçün aparıcı ondan mahnı oxumasını istəyir. Bu isə müğənniyə qarşı hörmətsizlikdir. Belə olmalı deyil. Buna görə də verilişləri seçib sonra gedirəm”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button